Rəhbərlik

 İdarə Heyəti sədrinin müavini, sədr vəzifələrini müvəqqəti icra edən

 

Məmmədov Vüsal Cəmil oğlu 1979-cu il mayın 17-də  Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində anadan olub.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Qeyri-ərzaq mallarının əmtəəşünaslığı ixtisasına qəbul olub, 2000-ci ildə həmin ixtisası bitirib. Əmək fəaliyyətinə 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində baş iqtisadçı kimi başlayıb, 2002-2007-ci illərdə həmin komitədə müxtəlif vəzifələrdə çalışıb. 2007-2023-cü illərdə isə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 18 iyul 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamı ilə 20 fevral 2026-cı il tarixindən Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icrası həvalə edilib. 
Ailəlidir, 2 övladı var.